Azərbaycanda Zəfər Günü iş olmayacaq

Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür və iş günü hesab edilmir.

Source:


Əmək Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda 8 noyabr tarixi qeyri-iş günü olacaq.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gələn layihəyə əsasən, hər il Zəfər Günü kimi qeyd ediləcək 8 noyabr tarixi iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Həmçinin Azərbaycan Respublikasında Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir. Yeni maddəyə əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Əmək Məcəlləsinə əsasən, hazırda Azərbaycanda bayram günləri aşağıdakılar hesab edilir.


– Yeni il bayramı (yanvarın 1 və 2-si);


– Qadınlar günü (martın 8-i);


– Faşizm üzərində qələbə günü (mayın 9-u);


– Respublika günü (mayın 28-i);


– Azərbaycan xalqının Milli Qurtuluş Günü (iyunun 15-i);


– Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);


– Dövlət Müstəqilliyi Günü (oktyabrın 18-i);


– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (noyabrın 9-u); [139]


– Konstitusiya Günü (noyabrın 12-si);


– Milli Dirçəliş Günü (noyabrın 17-si);


– Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);


– Novruz bayramı – beş gün;


– Qurban bayramı – iki gün;


– Ramazan bayramı – iki gün.

Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür və iş günü hesab edilmir.

Ana səhifəSosialAzərbaycanda Zəfər Günü iş olmayacaq