Azərbaycanda təhlükli peşə – jurnalistika…

“Həm Pərvizin ailəsinin, həm də mənim bir ata kimi tələbim ondan ibarətdir ki, istintaq Respublika Prokurorluğunda aparılsın. Çünki ittiham edən, istintaqı Pərvizin günahsızlığı istiqamətində aparmayacaq”.

Kamran Həşimov 2 ay öncə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən oğlu, jurnalist Pərviz Həşimlinin istintaqının düzgün aparılmamasından danışır. “Bizim yol” qəzetinin əməkdaşı olan Pərviz, silah qaçaqmalçılığında təqsirləndirlir. Lakin onun peşə fəaliyyətinə görə həbs edildiyi bildirilir. Beynəlxalq insan haqları təşkilatları da Pərviz Həşimlini vicdan məhbusu elan edib. O, hazırda həbsdə olan 9 jurnalistdən biridir.

Pərviz Həşimlinin beş yaşlı qızı Zeynəb isə onu gözü yolda qoyanların vicdanına səslənir.

Ana səhifəVideoAzərbaycanda təhlükli peşə – jurnalistika…