27 xəstənin öldüyü bildirilir
Yanvarın 7-də Azərbaycanda 685 adam COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Məlumata görə, 1931 nəfər müalicə olunaraq sağalıb, 27 xəstə ölüb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 222 min 885 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 203 min 527 nəfər müalicə olunaraq sağalıb, 2845 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 16513 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 241 min 908 testin aparıldğını bildirib: “Bugünkü test sayı isə 9915-dir”.