“3 xəstə vəfat edib”
Aprelin 2-də Azərbaycanda 40 nəfər COVID-19 infeksiyasına yoluxub, 36 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.
Operatuv Qərargah Azərbaycanda indiyə qədər 792 min 19 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 781 min 974 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 pasiyent ölüb. Aktiv xəstə sayı 348 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 297, bu günə qədər isə 6 milyon 710 min 309 testin icra olunduğunu göstərib.