Azərbaycanda şənbə günü 10 xəstə koronavirusdan vəfat edib

Source: Meydan.TV

“197 nəfər yoluxub”

Martın 12-də Azərbaycanda 197 adam COVID-19 infeksiyasına yoluxub, 468 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 10 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 790 min 575 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 779 min 11 nəfər müalicə olunaraq sağalıb, 9 min 599 pasiyent ölüb. Aktiv xəstə sayı 1 min 965 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 528, bu günə qədər isə 6 milyon 628 min 447 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü 10 xəstə koronavirusdan vəfat edib