Azərbaycanda nağdlaşdırma əməliyyatı azalıb

Azərbaycanda kredit. Foto: hyotographics/shutterstock

Ölkədə orta hesabla hər adamda 1 bank kartı var

Azərbaycanda son 5 ildə ödəniş kartlarından istifadə sürətli artıb. 2019-cu ildə hər dörd nəfərin üç kartı var idisə, indi orta hesabla bir adamın cibində plastik kart olur. “Baku Research Institute”-nun (BAİ İqtisadi Qrupu) hazırladığı infoqrafikada belə deyilir.

Bildirilir ki, 2019-cu ildə 7 545 ödəniş kartı olubsa, 2020-ci ildə bu rəqəm 9 571, 2021-ci ildə 11 480, 2022-ci ildə 13 631, 2023-cü ildə isə 16 min 925 olub. 2019-cu ildə hər dörd nəfərə üç kart düşürdüsə, 2023-cü ildə bu say yeddi olub. 2019-cu ildə nağdlaşdırma əməliyyatlarının payı 74.70 faiz olubsa, 2023-cü ildə bu, 43 faizə enib. Yəni insanlar daha çox kartla pul köçürməyə üstünlük verib.

İqtisadçı Samir Əliyev deyir ki, artımın əsas drayveri cari hesablara xidmət göstərən debet kartlardır. Əhalinin istifadə etdiyi bütün kartların yarısı məhz onların payına düşür.

“Faktiki olaraq xeyli sayda mikrosahibkarlıq subyektləri “Card to card” mexanizmindən istifadə etməklə bu kartların xidmətindən yararlanır. “Card to card” funksiyasının inkişafıdır ki, nağdılaşdırma əməliyyatlarının payı əhəmiyyətli dərəcədə (75%-dən 43%-ə) düşüb”.

Ana səhifəİqtisadiyyatAzərbaycanda nağdlaşdırma əməliyyatı azalıb