Azərbaycanda koronavirusla bağlı ikinci ölüm faktı qeydə alınıb

“Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib”.

Source: Foto: sosial şəbəkə


Ölkədə 6 yeni koronavirusa yoluxma faktı var


Nazirlər Kabineti

yanında operativ qərargahın məlumatına görə, martın 25-də Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər isə ölüb.

Ölən şəxs haqda bildirilib ki, vətəndaş yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

“Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Ölən şəxsin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən olunaraq karantinə götürülüblər”, – məlumatda deyilir.

Bu, Azərbaycanda koronavirus faktı aşkarlanmış ikinci ölümdür.

Operativ qərargahın məlumatına görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 2914 nəfər isə rəsmi olaraq karantindədir. Ümumi olaraq 93 nəfərdə koronavirus tapılıb, 10 nəfər sağalıb, 2 nəfər ölüb

Ana səhifəSosialAzərbaycanda koronavirusla bağlı ikinci ölüm faktı qeydə alınıb