Azərbaycanda koronavirusdan daha bir nəfər ölüb

Ümumilikdə koronavirusdan ölənlərin sayı 8 nəfərdir.

Source: Reuters


76 yeni koronavirusa yoluxma faktı qeydə alınıb


Nazirlər Kabineti

yanında operativ qərargahın məlumatına görə aprelin 7-də Azərbaycanda koronavirusa yoluxmuş daha bir şəxs vəfat edib.

Bildirilib ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 8 nəfərdir.

Aprelin 7-ə olan məlumata görə, Azərbaycanda 76 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda xəstəxanalarda 665 nəfər müalicə alır ki, onlardan 23 nəfərinin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Ümumilikdə Azərbaycanda 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusdan daha bir nəfər ölüb