Azərbaycanda koronavirusa yoluxanların sayı 521 oldu

Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Foto: Wikipedia


Daha 78 nəfərdə infeksiyaya yoluxma aşkarlandı

Azərbaycanda daha 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda ümumilikdə 521 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxanların sayı 521 oldu