9 nəfər virusdan həyatını itirib
Oktyabrın 29-da Azərbaycanda 9 nəfər COVİD-19 infeksiyasından ölüb, 1015 adam infeksiyaya yoluxub, 483 nəfər sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 53 min 152 nəfər yeni koronavirus infeksiyasına yoluxub:
“Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 pasiyent ölüb. Aktiv xəstə sayı 10636 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 1 milyon 331 min 287 testin aparıldığı xatırlanıb:
“Bugünkü test sayı isə 11813-dür”.