Operativ Qərargah 8 xəstənin öldüyünü açıqladı
Oktyabrın 24-də Azərbaycanda COVID-19 infeksiyasından 8 xəstə vəfat edib, 792 adam infeksiyaya yoluxub, 220 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 49 013 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 7 298 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 testin aparıldığı bildirilib.