31 nəfərin vəfat etdiyi bildirilir
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib.
Aktiv xəstə sayı 44 882 nəfərdir.
Ötən müddət ərzində 1 728 577 test aparılıb: "Bugünkü test sayı isə 10 342-dir".