Azərbaycanda koronavirus: bir gündə 4267 yoluxma, 41 ölüm

Operativ Qərargah 4267 adamda yeni yoluxma faktının qeydə alındığını, 2566 nəfərin müalicə olunaraq sağaldığı bildirilir.

Source: Meydan TV


2566 nəfərin sağaldığı bildirilir

Dekabrın 4-də Azərbaycanda 41 xəstə COVİD-19 infeksiyasından ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah 4267 adamda yeni yoluxma faktının qeydə alındığını, 2566 nəfərin müalicə olunaraq sağaldığı bildirilir.

Qərargah Azərbaycanda indiyə qədər 138 000 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 52 649 nəfərdir”.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddətdə isə ümumilikdə 1 797 026 testin aparıldığı vurğulanıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: bir gündə 4267 yoluxma, 41 ölüm