Azərbaycanda koronavirus: 99 yoluxma, 315 sağalma

Foto: Meydan TV

“8 xəstə vəfat edib”

Martın 17-də Azərbaycanda 99 adam COVID-19 infeksiyasına yoluxub, 315 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 176 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 780 min 302 nəfər müalicə olunaraq sağalıb, 9 mın 641 pasiyent ölüb. Aktiv xəstə sayı 1 min 233 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 677, bu günə qədər isə 6 milyon 651 min 787 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 99 yoluxma, 315 sağalma