Vəfat edən olmayıb
Mayın 24-də Azərbaycanda 9 nəfər COVID-19 infeksiyasına yoluxub, 7 xəstə müalicə olunaraq sağalıb. Bu gün vəfat edən olmayıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 723 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 964 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 pasiyent ölüb. Aktiv xəstə sayı 49 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2793, bu günə qədər isə ümumilikdə 6 milyon 877 min 141 testin icra olunduğu göstərilib.