6 xəstənin öldüyü, 171 nəfərin isə sağaldığı bildirilir
Oktyabrın 22-də Azərbaycanda 825 adam COVID-19 infeksiyasına yoluxub, 6 xəstə ölüb, 171 nəfər müalicə olunaraq evə buraxılıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 47 418 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6 151 nəfərdir”.
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 457, ötən müddətdə isə ümumilikdə 1 260 193 testin aparıldığı xatırlanıb.