4 xəstə vəfat edib
Avqustun birinci günü Azərbaycanda 671 adam COVID-19 infeksiyasına yoluxub, 202 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah analiz nümunələri müsbət çıxan 4 xəstənin vəfat etdiyini göstərib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 344 520 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 pasiyent ölb. Hazırda aktiv xəstə sayı 6 365 nəfərdir".
Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə 4 043 740 testin icra olunduğu qeyd edilib.