Azərbaycanda koronavirus: 6 yoluxma, 17 sağalma

Source: Meydan.TV

“1 xəstə vəfat edib”

Aprelin 4-də Azərbaycanda 6 nəfər COVID-19 infeksiyasına yoluxub, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 67 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 782 min 40 nəfər müalicə olunaraq sağalıb, 9 mın 698 pasiyent ölüb. Aktiv xəstə sayı 329 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, bu günə qədər isə 6 milyon 716 min 463 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 6 yoluxma, 17 sağalma