Azərbaycanda koronavirus: 56 yoluxma, 1 ölüm

Son sutkada 7 581, hazırkı dövrədək isə 3 675 862 testin aparıldığı göstərilib

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 981 nəfərdir"

İyunun 20-də Azərbaycanda 56 adam COVID-19 infeksiyasına yoluxub, 88 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 493 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 981 nəfərdir".

O cümlədən, son sutkada 7 581, hazırkı dövrədək isə 3 675 862 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 56 yoluxma, 1 ölüm