10 nəfərin vəfat etdiyi bildirilir
Mayın 18-də Azərbaycanda 432 adam COVİD-19 infeksiyasına yoluxub, 1024 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə yayan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 10 nəfərin vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 330 min 701 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 316 min 439 nəfər müalicə olunaraq sağalıb, 4802 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 9460 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 3 milyon 404 min 46 testin aparıldığı göstərilib: "Bugünkü test sayı isə 11116-dır".