Azərbaycanda koronavirus: 41 yoluxma, 113 sağalma

Foto: Meydan TV

“4 xəstə vəfat edib”

Martın 26-da Azərbaycanda 41 adam COVID-19 infeksiyasına yoluxub, 113 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 4 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 695 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 781 min 641 nəfər müalicə olunaraq sağalıb, 9679 pasiyent ölüb. Aktiv xəstə sayı 375 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2696, bu günə qədər isə 6 milyon 681 min 983 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 41 yoluxma, 113 sağalma