Azərbaycanda koronavirus: 4 xəstə vəfat edib

Source: Meydan TV

“Aktiv xəstə sayı 982 nəfərdir”

Martın 19-da Azərbaycanda 116 adam COVID-19 infeksiyasına yoluxub, 235 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 4 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 404 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 780 min 771 nəfər müalicə olunaraq sağalıb, 9 mın 651 pasiyent ölüb. Aktiv xəstə sayı 982 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 144, bu günə qədər isə 6 milyon 662 min 84 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 4 xəstə vəfat edib