“1 xəstə vəfat edib”
Aprelin 6-da Azərbaycanda 38 nəfər COVID-19 infeksiyasına yoluxub, 59 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 141 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 143 nəfər müalicə olunaraq sağalıb, 9 mın 701 pasiyent ölüb. Aktiv xəstə sayı 297 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 230, bu günə qədər isə ümumilikdə 6 milyon 726 min 560 testin icra olunduğu göstərilib.