“Aktiv xəstə sayı 211 nəfərdir”
Aprelin 12-də Azərbaycanda 36 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirusdan ölüm halı qeydə alınmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 289 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 375 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 pasiyent ölüb. Aktiv xəstə sayı 211 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 775, bu günə qədər isə 6 milyon 750 min 860 testin icra olunduğu göstərilib.