Azərbaycanda koronavirus: 28 yoluxma, ölən olmayıb

Foto: Meydan TV

“220 aktiv xəstə var”

Aprelin 9-da Azərbaycanda 28 nəfər COVID-19 infeksiyasına yoluxub, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyədək 792216 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782293 nəfər müalicə olunaraq sağalıb, 9703 pasiyent ölüb. Aktiv xəstə sayı 220 nəfərdir”.

Son sutkada 3826, hazırkı dövrədək isə 6739008 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 28 yoluxma, ölən olmayıb