“1755 adam yoluxub”
Fevralın 24-də Azərbaycanda 1755 nəfər COVID-19 infeksiyasına yoluxub, 4 517 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 23 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyədək 781 538 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 pasiyent ölüb. Aktiv xəstə sayı 18 167 nəfərdir”.
Son sutkada 10 291, hazırkı dövrədək isə 6 522 155 testin aparıldığı göstərilib.