Azərbaycanda koronavirus: 213 yoluxma

“Hazırda xəstə sayı 1 992 nəfərdir”.

Foto: Meydan TV

"1 xəstə vəfat edib"

İyulun 17-də Azərbaycanda 213 adam COVİD-19 infeksiyasına yoluxub, 88 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirusdan 1 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 338 183 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 pasiyent ölüb. Hazırda xəstə sayı 1 992 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddətdə isə 3 905 500 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 213 yoluxma