Azərbaycanda koronavirus: 21 yoluxma, 12 sağalma

Source: Meydan TV

Bu gün ölüm qeydə alınmayıb

Aprelin 20-də Azərbaycanda 21 nəfər COVID-19 infeksiyasına yoluxub, 12 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 412 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 584 nəfər müalicə olunaraq sağalıb, 9706 pasiyent ölüb. Aktiv xəstə sayı 122 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4522, ötən müddətdə isə 6 milyon 780 min 926 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 21 yoluxma, 12 sağalma