“865 nəfər yoluxub”
Martın 2-də Azərbaycanda 865 nəfər COVID-19 infeksiyasına yoluxub, 2044 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycahda indiyə qədər 787 min 367 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 769 min 746 nəfər müalicə olunaraq sağalıb, 9454 pasiyent ölüb. Aktiv xəstə sayı 8 min 167 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8487, bu günə qədər isə 6 milyon 572 min 316 testin icra olunduğu göstərilib.