Azərbaycanda koronavirus: 15 yoluxma, 27 sağalma

koronavirus. Foto: Meydan TV

“Aktiv xəstə sayı 163 nəfərdir”

Aprelin 15-də Azərbaycanda 15 nəfər COVID-19 infeksiyasına yoluxub, 27 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edənin olmadığı qeyd edilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 335 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 pasiyent ölüb. Aktiv xəstə sayı 163 nəfərdir”.

Son sutkada 3 613, hazırkı dövrədək isə 6 762 824 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 15 yoluxma, 27 sağalma