“1 xəstə vəfat edib”
Aprelin 14-də Azərbaycanda 15 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 320 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 pasiyent ölüb. Aktiv xəstə sayı 175 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, ötən müddətdə isə 6 759 211 test aparılıb.