“1507 aktiv xəstə var”
Martın 15-də Azərbaycanda 142 nəfər COVID-19 infeksiyasına yoluxub, 243 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 9 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 790 min 962 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 779 min 828 nəfər müalicə olunaraq sağalıb, 9 mın 627 pasiyent ölüb. Aktiv xəstə sayı 1 min 507 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 454, bu günə qədər isə 6 milyon 640 min 773 testin icra olunduğu göstərilib.