“13 xəstə vəfat edib”
Azərbaycanda daha 1410 nəfər COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.
Qərargahdan verilən məlumata görə, virusdan 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb: “13 nəfər isə vəfat edib”.
Bildirilir ki, indiyədək ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 48 049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib.
Məlumata görə, aktiv xəstə sayı 14 875 nəfərdir.
“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 140, ötən müddət ərzində isə ümumilikdə 1 429 508 test aparılıb”, – Operativ Qərargahdan bildirilib.