Azərbaycanda koronavirus: 1210 yoluxma, 3851 sağalma

Foto: Meydan TV

“28 xəstə vəfat edib”

Fevralın 25-də Azərbaycanda 1210 adam COVID-19 infeksiyasına yoluxub, 3 851 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 28 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 782 748 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 pasiyent ölüb. Aktiv xəstə sayı 15 498 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə 6 531 133 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1210 yoluxma, 3851 sağalma