“16 yoluxma, 41 sağalma”
Aprelin 13-də Azərbaycanda 16 nəfər COVID-19 infeksiyasına yoluxub, 41 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 305 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 min 416 nəfər müalicə olunaraq sağalıb, 9 min 704 nəfər pasiyent ölüb. Aktiv xəstə sayı 185 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 343, bu günə qədər isə 6 milyon 755 min 203 testin icra olunduğu göstərilib.