“3 xəstə vəfat edib”
Martın 21-də Azərbaycanda 29 nəfər COVID-19 infeksiyasına yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 3 xəstənin vəfat etdiyı qeyd olunub.
Opeartiv Qərargah Azərbaycanda indiyə qədər 791 min 511 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 781 min 57 nəfər müalicə olunaraq sağalıb, 9 mın 659 pasiyent ölüb. Aktiv xəstə sayı 795 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 506, bu günə qədər isə 6 milyon 668 min 546 testin icra olunduğu göstərilib.