Azərbaycanda ilk test üsulunu tətbiq edən şəxs vəfat etdi

1986-cı ildə Azərbaycanda yaradılan ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

Source:


Vurğun Əyyub uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi

Demokratiya və Rifah Hərəkatının sədr müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub uzun sürən xəstəlikdən sonra sentyabrın 24-də səhər vəfat edib.

Məlumatı Meydan TV-yə Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyubov verib.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

Ötın əsrin 70-ci illərdə filosof Asif Atanın “Etika və estetika” Klubunda fəaliyyət göstərib.

1986-cı ildə Azərbaycanda yaradılan ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından, AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib.

15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi uğurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

2014-cü ildə pariyadan çıxarılıb. Elə həmin il Demokratiya və Rifah Hərəkatını təsis edilməsində iştirak edib.

Ana səhifəSiyasətAzərbaycanda ilk test üsulunu tətbiq edən şəxs vəfat etdi