“Bu, AT
Ə
T-in m
ə
tbuat azadl
ığı
ü
zr
ə
x
ü
susi n
ü
may
ə
nd
ə
si ofisinin yarand
ığı
g
ü
nd
ə
n etibar
ə
n AT
Ə
T m
ə
kan
ı
nda
ə
n y
ü
ks
ə
k g
ö
st
ə
ricidir”.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç ATƏT-in Daimi Komitəsinə son yarım ildə ATƏT məkanında söz və KİV azadlığının pozulması faktları və bu faktlara reaksiyası haqqında geniş məruzə təqdim edib. Xüsusən, Dunya Miyatoviçin bununla bağlı hansı tədbirləri gördüyü bildirilir. Bu hesabat ATƏT-in saytında yerləşdirilib.
Azərbaycana həsr edilmiş hissədə deyilir ki, ötən il dekabrın 11-də Azadxaber.org saytının redaktoru Nicat Əliyevin həbsi ilə əlaqədar Azərbaycan XİN rəhbərinə məktub göndərilib.
Noyabrın 22-də bloger Əbdül Əbilovun həbsi, habelə “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilovun təqibi ilə əlaqədar məktub göndərilib.
Bu il mayın 19-da Azərbaycan hakimiyyətindən cavab gəlib ki, Nicat Əliyevin təqsiri “tamamilə sübuta yetirilib” və bu, onun facebook-da hakimiyyəti tənqid etməsi ilə bağlı deyil.
Yanvarın 27-də bloger Ömər Məmmədovun narkotik saxlamaq ittihamı ilə həbsi ilə əlaqədar məktub göndərilib.
Fevralın 24-də Azərbaycan Prezident Administrasiyasından cavab gəlib, Məmmədovun həbsinin sosial şəbəkələrdəki nəşrləri ilə bağlı olmadığı bildirilib.
Fevralın 6-da küçələrdən qəzet köşklərinin yığışdırılması və vətəndaşların informasiya almaq hüquqlarının məhdudlaşdırılması, habelə çap KİV-lərinin yayılmasının məhdudlaşdırılması ilə bağlı məktub göndərilib. Aprelin 8-də Bakıdan cavab gəlib ki, köhnə köşklər müasir köşklərlə dəyişdirilir.
Fevralın 25-də xarici işlər naziri Elmar Məmmədyarova istintaq orqanlarının jurnalist Xədicə İsmayılovanı təqib etməsi və ondan informasiya mənbələrini açıqlaması tələbləri barədə məlumatları izah etmək xahişi ilə sorğu göndərilib.
Aprelin 8-də cavab gəlib ki, bu iş üzrə hərəkətlər qanunvericilik çərçivəsində aparılır və Xədicə İsmayılovanın hüquqları pozulmur.
Aprelin 22-də Azərbaycan hakimiyyətinə jurnalist Rauf Mirqədirovun casusluq ittihamı ilə həbsi faktından narahatlıq ifadə edilən sorğu göndərilib. Mayın 19-da Bakıdan cavab gəlib ki, bu ittiham dəlillərə əsaslanır.
Mayın 7-də NİDA fəallarının işi üzrə məhkəmə zamanı polisin bir qrup jurnalisti döyməsi ilə bağlı sorğu göndərilib.
Mayın 15-də jurnalist Pərviz Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyən bəyanat yayılıb.
Mayın 14-də iki Fransalı jurnalist – Loren Rikar və Emmanuel Baxın materialları və avadanlıqları əllərindən alınaraq, həbs edilməsi və ölkədən göndərilməsi faktı ilə bağlı qəzəb ifadə olunub.
Mayın 29-da Əbdül Əbilovun 5,5 il müddətinə həbsi ilə bağlı məktub göndərilib və bu hökmdən narazılıq ifadə olunub.
“Bu hökmdən sonra Azərbaycanda həbs edilən və hökm gözləyən mətbuat işçilərinin sayı 10 nəfərə çatıb. Bu, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi ofisinin yarandığı gündən etibarən ATƏT məkanında ən yüksək göstəricidir. Bu, təhlükəli təmayül, mühitin kəskin şəkildə pisləşməsinin və mətbuat azadlığının məhdudlaşdırılmasının göstəricisidir. Bütün bunlar jurnalistlərin qorxudulması və təqibi mühitinin güclənməsinə şərait yaradır” – deyə Dunya Miyatoviçin hesabatında bildirilir.