Nazirlər Kabineti şəhadətnamələrin formalarını təsdiqlədi
Azərbaycanda doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə görə elektron şəhadətnamələrin təklif olunan formaları təsdiqlənib.