Azərbaycanda əhalinin banklardakı əmanətləri azalıb

Foto: hedgehog94/shutterstock.com

Deputat səbəb kimi depozit gəlirlərinin vergiyə cəlb edilməsini göstərir

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il mart ayının 1-nə kimi 11 901.8 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2 faiz azdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı əmanətləri 19 faiz və ya 1 mlrd. 865,1 milyon manat artıb.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, 2021-ci ilin avqustundan sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb:

Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb”.

İqtisadçı bildirib ki, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır:

Vüqar Bayramov
Foto: Meydan TV

Ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub”.

Vüqar Bayramovun sözlərinə görə, bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir:

“Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda, ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var”.

Ana səhifəİqtisadiyyatAzərbaycanda əhalinin banklardakı əmanətləri azalıb