Hazırda 27 nəfər müalicə olunur
Azərbaycanda 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görəI, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
“Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, – məlumatda vurğulanır.
Daha sonra deyilir:
“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”.
İndiyədək ümumilikdə 34 koronavirusa yoluxma halı bildirilib. Onlardan 6-sı sağalıb, 1 nəfər ölüb.