39 nəfərin vəfat etdiyi deyilir
Dekabrın 13-də Azərbaycanda 39 xəstə COVİD-19 infeksiyasından ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda 4 451 adamın COVİD-19 infeksiyasına yoluxduğu, 4283 nəfərin müalicə olunaraq sağaldığı qeyd edib.
Operativ qərargah Azərbaycanda indiyədək 175 874 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb: “Onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 62 034 olub”.
Operativ Qərargahdan bildirilib ki, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.