Azərbaycanda daha 4219 adam infeksiyaya yoluxub

“Bugünkü test sayı isə 18006-dır”.

Source: Meydan TV


"3562 nəfər müalicə olunaraq sağalıb"

Dekabrın 10-da Azərbaycanda 38 xəstə COVİD-19 infeksiyasından ölüb, 4219 adam infeksiyaya yoluxub, 3562 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, Azərbaycanda indiyə qədər 162 min 774 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 99 min 892 nəfər müalicə olunaraq sağalıb, 1793 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 61089 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 902 min 584 testin aparıldığı qeyd edilib: “Bugünkü test sayı isə 18006-dır”.

Ana səhifəSosialAzərbaycanda daha 4219 adam infeksiyaya yoluxub