"3705 adam infeksiyaya yoluxub"
Dekabrın 19-da Azərbaycanda 42 xəstə COVİD-19 infeksiyasından ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, 3705 adam infeksiyaya yoluxub, 4 210 nəfər müalicə olunaraq sağalıb.
Opetativ Qərargah Azərbaycanda indiyə qədər 199 127 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb: “Onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 61 490 nəfərdir”.
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 testin aparıldığını bildirib.