Azərbaycanda daha 40 nəfər infeksiyadan ölüb

“Bugünkü test sayı isə 13034-dür”.

Source: Архив


1850 nəfər virusa yoluxub

Dekabrın 24-də Azərbaycanda 40 xəstə COVİD-19 infeksiyasından ölüb, 1850 adam infeksiyaya yoluxub, 4226 nəfər müalicə olunaraq sağalıb. Bu barədə

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Operativ qərargah Azərbaycanda indiyə qədər 210 min 61 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 155 min 886 nəfər müalicə olunaraq sağalıb, 2380 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 51795 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 115 min 991 testin aparıldığını qeyd edıb: "Bugünkü test sayı isə 13034-dür".

Ana səhifəSosialAzərbaycanda daha 40 nəfər infeksiyadan ölüb