Azərbaycanda daha 323 nəfərdə virus aşkarlanıb

Bildirilib ki, Azərbaycan hazırda 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Source: Reuters


5 nəfər COVİD 19-un qurbanı olub

İyunun 8-də Azərbaycanda koronavirus infeksiyasına daha 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycan hazırda 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 pasient ölüb. Aktiv xəstə sayı 3406 nəfərdir.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 min 391 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialAzərbaycanda daha 323 nəfərdə virus aşkarlanıb