Azərbaycanda COVİD 19-a yoluxanların sayı 2229-a çatdı

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 377, ötən müddət ərzində isə ümumilikdə 1516084 testin aparıldığı xatırlanıb.

Source: Meydan TV


21 nəfər virusdan həyatını itirdi

Noyabrın 15-də Azərbaycanda 21 xəstə COVİD-19 infeksiyasından ölüb, 2229 adam infeksiyaya yoluxub, 1101 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 75 688 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 19 571 nəfərdir.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 377, ötən müddət ərzində isə ümumilikdə 1516084 testin aparıldığı xatırlanıb.

Ana səhifəSosialAzərbaycanda COVİD 19-a yoluxanların sayı 2229-a çatdı