Azərbaycanda COVİD-19: 663 yeni yoluxma

“Bugünkü test sayı isə 9700-dür”

Source: Meydan TV


9 xəstənin vəfat etdiyi bildirilir

Oktyabrın 27-də Azərbaycanda 9 xəstə COVİD-19 infeksiyasından ölüb, 663 adam infeksiyaya yoluxub, 283 nəfər sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 51 min 149 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb: “Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8768 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 308 min 48 testin aparıldığı qeyd olunub: “Bugünkü test sayı isə 9700-dür”

Ana səhifəSosialAzərbaycanda COVİD-19: 663 yeni yoluxma