Azərbaycanda COVİD-19: 1178 adam yoluxub, 24 xəstə vəfat edib

Operativ Qərargah Azərbaycanda indiyə qədər 477587 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib

Source: Meydan TV


"Aktiv xəstə sayı 27140 nəfərdir"

Sentyabrın 23-də Azərbaycanda 1178 adam COVİD-19 infeksiyasına yoluxub, 2322 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 24 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 477587 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 444053 nəfər müalicə olunaraq sağalıb, 6394 pasiyent ölüb. Aktiv xəstə sayı 27140 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12331, ötən müddətdə isə 4790724 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda COVİD-19: 1178 adam yoluxub, 24 xəstə vəfat edib