“Azərbaycanda cəzasızlıq bir problem olaraq qaldı”

Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın və ətrafındakı yeddi Azərbaycan ərazisinin əksəriyyətinə nəzarəti davam etdirirlər.

Source: Foto: google.az


İnsan hüquqlarına dair 2019-cu il üzrə hesabat açıqlanıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Seçki Müşahidə Missiyası 2018-ci ilin aprelində keçirilən prezident seçkilərinin məhdud siyasi mühitdə və həqiqi demokratik seçkilər üçün ön şərt olan təməl hüquq və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirildiyini bildirib.

Qurum qeyd edir ki, 2015-ci ildə keçirilən Milli Məclis seçkiləri ATƏT-in seçki müşahidə missiyası qatıla bilmədiyi üçün tam dəyərləndirilə bilmir. Lakin müstəqil müşahidəçilər ölkə daxilində çoxsaylı qanun pozuntularının qeydə alındığını iddia edir.

İnsan hüquqlarının təcrübəsinə dair 2019-cu illn hesabatında qeyd edilir ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ölkə daxilində təhlükəsizliyə cavabdehdir və bu haqda birbaşa prezidentə hesabat verirlər.

Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın və ətrafındakı yeddi Azərbaycan ərazisinin əksəriyyətinə nəzarəti davam etdirirlər. Dağlıq Qarabağın statusu ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçilik mövzusu olaraq qalır.

İnsan hüquqları ilə bağlı vacib məsələlər o cümlədən qanunsuz və ya özbaşına qətllər, işgəncə, özbaşına həbslər, ağır və bəzən həyati təhlükə daşıyan həbsxana şərtləri, siyasi məhbuslar, özəl həyata müdaxilə, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı problemlər, azad ifadə, mətbuat və internetə, o cümlədən jurnalistlərə qarşı zorakılıq, böhtanların kriminallaşdırılması, jurnalistlərin şübhəli ittihamlarla həbs edilməsi, veb saytların bloklanması kimi ciddi məhdudiyyətlər hesabatda diqqətə çatdırılır.

Bununla yanaşı qeyd edilir ki, ölkədə dinc toplaşmaq və birləşmə azadlığı hüquqlarına əhəmiyyətli dərəcədə müdaxilə var. Hərəkət azadlığı məhdudlaşdırılır, siyasi iştiraka sərt məhdudiyyətlər qoyulur. Qeyd olunur ki, hökumət korrupsiyanın aradan qaldırılması, lezbiyan, gey, biseksual, transseksual fərdlərin polis tərəfindən tutulmaması və işgəncə edilməməsi üçün minimum səy göstərib.

Hökumət insan hüquqlarını pozan əksər məmurları mühakimə etməyib və ya cəzalandırmayıb. “Cəzasızlıq bir problem olaraq qaldı”, – hesabatda bildirilir.

Ana səhifəSiyasət“Azərbaycanda cəzasızlıq bir problem olaraq qaldı”